Prezident Ərdoğan Polşanın Baş naziri Tusku qəbul edəcək

Prezident Ərdoğan Polşanın Baş naziri Tusku qəbul edəcək backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tuski bu gün  qəbul edəcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində atılan addımlar, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri də dəyərləndiriləcək.

Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial media hesabında Polşa Baş naziri Donald Tuskun səfərinin təfərrüatlarını açıqlayıb.

Polşanın baş naziri prezident Ərdoğanın dəvəti ilə bu gün işgüzar səfərə gedəcək.

Prezident Kompleksində keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Polşanın Avropa Birliyi Şurasına sədrliyi çərçivəsində Türkiyə-Avropa Birliyi əlaqələri qiymətləndiriləcək.

Regional və qlobal problemlər, o cümlədən Ukrayna və transatlantik münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Fahrettin Altun, səfəri dəyərləndirərkən: "Cənab Tuskun səfəri sayəsində son illərdə 600 illik yubileyini qeyd etdiyimiz Türkiyə-Polşa əlaqələrinin daha da güclənəcəyinə və daha da inkişaf edəcəyinə inanırıq" dedi.

QAZİLER.AZ

Diaspora