İdarəetmədən çıxan avtomobil dərəyə aşdı: 5 yaralı

İdarəetmədən çıxan avtomobil dərəyə aşdı: 5 yaralı backend

İstanbulun Pendik rayonunda hərəkətdə olan avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə düşüb, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, hadisə saat 07:00 radələrində Pendik Kurtköy Məhəlləsi, Rize küçəsində baş verib. İddialara görə, sürətlə gedən sürücü döngəni dönə bilməyincə avtomobil dərəyə düşüb.

Ətrafdakı vətəndaşların xəbərlərindən sonra hadisə yerinə təcili yardım, polis və yanğınsöndürmə briqadaları gəlib. Qəza nəticəsində avtomobildə olan 5 nəfər xəsarət alıb. Xəsarət alanların həyati təhlükəsinin olmadığı bildirilib. Qruplar qəza ilə əlaqədar araşdırma başlatdı.

QAZİLER.AZ

Diaspora