Odessada neft bazasında baş verən güclü yanğının görüntüləri yayılıb.
Qaziler.az bildirir ki, “Ukraine.ru” Telegram kanalı Odessada neft bazasında baş verən güclü yanğının görüntülərini yayıb.
Jurnalistlər yanğının bir sutka əvvəl baş verdiyini, lakin indi yenidən alovlandığını qeyd ediblər.
Videoda yanacaq çənlərinin üzərində nəhəng alov sütunu və yanacaq çənlərindən yüksələn tüstü buludları.görünür. Zavodun yaxınlığında avtomobil yolu var.
QAZİLER.AZ