Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır backend

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

“Report”un xəbərinə görə, bu barədə Ukrayna və ABŞ-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarının yekunları üzrə birgə bəyanatında qeyd olunub.

Məlumata görə, bəyanatın mətni Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında dərc olunub.

"Ukrayna ABŞ-nin Rusiya Federasiyasının qəbul edilməsi və eyni zamanda yerinə yetirilməsi şərtləri ilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti 30 günlük atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya məlumat verəcək ki, Rusiya tərəfinin qarşılıqlı münasibəti sülhə nail olmaq üçün açar olacaq", - bəyanatın mətnində deyilir.

Diaspora