Ukrayna və ABŞ yüksək səviyyəli rəsmilərinin Səudiyyə Ərəbistanında görüşü sülhə nail olmaq və Kiyev və Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaq üçün fürsətdir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna X sosial şəbəkəsində Ukraynanın xarici işlər naziri Andrey Sıbıqaya istinadən məlumat yayıb.
"Biz bu görüşü Ukrayna ilə ABŞ arasında sülhün əldə edilməsi və strateji tərəfdaşlığın inkişafı üçün əla fürsət kimi qiymətləndiririk", - Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, görüşün konstruktiv ab-havası sübut edir ki, Ukrayna sülhü təşviq etmək üçün fürsətdən istifadə edə bilər.
“Ukrayna hamıdan çox sülh istəyir”, - o, əlavə edib.
QAZİLER.AZ