Rusiyanın əməkdar artisti Tatyana Qovorova martın 9-da ömrünün 85 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə martın 10-da M.N. Ermolova adına teatrın rəsmi saytında yer alan məlumatda deyilir.
Teatrın sənətçi ilə vidalaşma tarixini, yerini və vaxtını daha sonra açıqlayacağı bildirilir.
Tatyana Qovorova 1940-cı ildə Kişinyovda anadan olub. Mərkəzi Uşaq Teatrının dram studiyasını bitirdikdən sonra Ermolova adına teatrda işləməyə başlayıb.
QAZİLER.AZ