“Moskva. 3 vağzal” serialında rol alan aktyor Yuri Tomilin 72 yaşında vəfat edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə onun 1979-cu ildən xidmət etdiyi Tambov Akademik Dram Teatrının Teleqram kanalında məlumat verilib. Onun son bir neçə ildə ağır xəstəlikdən əziyyət çəkdiyi qeyd edilir.
Məlumatda deyilir ki, Tambov Dram Teatrının ən istedadlı aktyorlarından biri, əsl səhnə ustası, Rusiyanın xalq artisti Yuri Vladimiroviç Tomilin 72 yaşında dünyasını dəyişib.
Səhnədə onlarla tamaşada oynayıb. Onların arasında Qoqolun “Evlənmə”, “Bumbaraş”, “Ağbəniz və yeddi cırtdan”, Bulqakovun “İvan Vasilyeviç”, “Getmək və qayıtmamaq” əsərləri var.
Aktyorla vida mərasimi martın 11-də saat 11:00-da Tambov Dram Teatrının səhnəsində baş tutacaq.
QAZİLER.AZ