Gürcüstanda etiraz aksiyalarında iştirak edən bəzi tələbələr universitetdən qovulub

Gürcüstanda etiraz aksiyalarında iştirak edən bəzi tələbələr universitetdən qovulub backend

Gürcüstanda Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin bir sıra tələbələri hökumət əleyhinə kütləvi etirazlarda iştirak eetdiklərinə görə universitet tərəfindən təhsilidən kənarlaşdırılıblar.

Qaziler.az "onlayn Qruziya"ya istinadən bildirir ki, tələbə hərəkatının bildirdiyinə görə, onlara qərar barədə elektron poçt vasitəsilə məlumat verilib.

“Bilirsiniz ki, universitetin etik komissiyasının iclası keçirilib, iclasda universitetin etik kodeksində nəzərdə tutulmuş normaların pozulması məsələsi müzakirə olunub.

Nəzərinizə çatdırırıq ki, etika komitəsinin qərarı ilə siz tələbə statusunuzdan məhrum edilibsiniz. Yuxarıdakı qərardan üç iş günü ərzində apellyasiya şikayəti verilə bilər”, - e-poçtda deyilir.

Martın 9-da polis əməkdaşları universitetə ​​gələrək onların hər birinə 5000 lari (1900 dollara qədər) məbləğində cərimə yazdıqdan sonra onlar Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetindəki etiraz aksiyasından imtina etməyə məcbur olublar.

QAZİLER.AZ

 

Diaspora