Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçeryanı tənqid edərək onları “yarıölü” adlandırıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
O, keçmiş prezidentlərin tərəfdarları arasında Nikol Paşinyanı 2018-ci ildə hakimiyyətə kimin gətirməsi ilə bağlı ictimai mübahisəyə belə cavab verib. “İki yarıölü sima öz ətrafı ilə məni hakimiyyətə kimin gətirdiyi barədə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edir. Mənə deyin ki, bu seçki saxtakarlarını və qəsbkarları hakimiyyətə kim gətirib...”, - Paşinyan yazıb.
Ermənistanın baş naziri qeyd edib ki, Ermənistanın keçmiş prezidentləri respublikanın “mövcudluğunu dayandırması və parçalanması” üçün hər şeyi etmək istəyirlər. Əvvəllər Köçeryan və Sarkisyan indi ləğv edilmiş Dağlıq Qarabağ Respublikasının rəhbərliyində həmkar olublar. İndi onlar Paşinyana müxalifətdədirlər.
QAZİLER.AZ