Rusiyada deputat intihara cəhd edib

Rusiyada deputat intihara cəhd edib backend

Moskva vilayətində Udmurtiya Dövlət Şurasının 31 yaşlı deputatı və Xüsusi Hərbi Əməliyyat məsələləri üzrə işçi qrupunun regional koordinatoru Viktor Dyakov intihara cəhd edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Hadisə martın 7-də Rublevo-Uspenskoe şossesi ərazisində baş verib. Hadisə şahidləri təcili yardım çağırıb, bundan sonra rusiyalı deputat reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, daha əvvəl deputatın keçmiş həyat yoldaşı onu uşaqlarını qaçırmaqda ittiham edib. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hüquq-mühafizə orqanlarından hələlik rəsmi açıqlama daxil olmayıb.

Dyakov hazırda həkimlərin nəzarətindədir. Onun vəziyyəti barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırır.

QAZİLER.AZ

Diaspora