Suriyada Əsəd tərəfdarlarının hücumu: Onlarla insan ölüb

Suriyada Əsəd tərəfdarlarının hücumu: Onlarla insan ölüb backend

Bəşər Əsəd rejiminin tərəfdarları olduğu güman edilən silahlı şəxslər Suriyanın bir neçə bölgəsində qəfil hücumlar həyata keçirib. Onlarla insan öldü.

Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" xəbər verir.

Əsəd tərəfdarları liman şəhəri Latakiya və digər ərazilərə hücumlar həyata keçirib. Qeyd olunur ki, martın 7-nə keçən gecə Latakiya, Tartus, Homs və Aralıq dənizi sahillərində komendant saatı qüvvədə olub.

"Bloomberg" xatırladır ki, Rusiyanın Tartusda hərbi dəniz bazası var.

Suriya xəbər agentliyi “Sana” hücumun “əvvəlcədən planlaşdırılmış” olduğunu və sahilyanı Cəblə şəhəri və ətraf kəndlərdə bir neçə təhlükəsizlik hədəfini əhatə etdiyini bildirib. Hücum nəticəsində dövlət binalarına, habelə dövlət və şəxsi əmlaka ziyan dəyib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, döyüşlər zamanı hər iki tərəfdən 48 nəfər həlak olub. Ölənlər arasında dörd mülki şəxs də var. 3 hücumçunun Latakiyada saxlanıldığı bildirilir.

Dəməşq, İdlib və Həma da daxil olmaqla bir çox başqa şəhərlərdə mövcud hökumətə dəstək aksiyaları keçirilib.

Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül-Qani Əsəd tərəfdarlarını təslim olmağa çağırıb.

QAZİLER.AZ

Diaspora