Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb backend

Gürcüstanda parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, etirazçılar Rustaveli prospektini bağlayıblar.

Etirazın 99-cu günü qanunvericilik binası qarşısına toplaşan etirazçılar dəyişməz tələbləri ilə: yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı saxlanılanların azad edilməsini tələb ediblər.

Nümayişçilər “Gürcüstan, ayağa qalx!”, “Xalqın gücündən qorx!”, “Ədalət yox, sülh yox!”, “Polis rejiminə atəş!” şüarları səsləndirirlər.

Aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər, eləcə də Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırıblar.

QAZİLER.AZ

Diaspora