Qazaxıstanda neft quyusu yanır - VİDEO

Qazaxıstanda neft quyusu yanır - VİDEO backend

Qazaxıstanın “Embamunayqaz” SC-nin Zapadnaya Prorva yatağında quyu yanıb.

Qaziler.az bildirir ki,bu barədə Kazinform agentliyi EMQ-nin mətbuat xidmətinə istinadən xəbər verir.

"Martın 6-da “Embamunayqaz” Səhmdar Cəmiyyətinin “Jılyoymunayqaz” NQİİ-nin “Zapadnaya Prorva” yatağındakı 437 nömrəli quyuda deşildikdən sonra nasos-kompressor borusunu endirərkən qaz sızması baş verib, bu da nasos-kompressor borusunun boşalmasına səbəb olub”, - EMQ-dən bildirilib.

Ölən və xəsarət alan yoxdur. EMQ-nin operativ qərargahı tərəfindən təxirəsalınmaz tədbirlər görülüb: quyunun ətrafı mühasirəyə alınıb və bərpa işləri aparılır.

QAZİLER.AZ

 

 

Diaspora