Aİ-nin Brüsseldə keçirilən sammitində bufetdə Rusiya bayrağı görünüb
Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində bufetdə Rusiya bayrağı asılıb.
Qaziler.az bildirir ki, bu barədə martın 6-da "Euractiv" portalı məlumat yayıb.
Qeyd olunur ki, Aİ nümayəndələri danışıqlar apararkən, Rusiya bayrağının asıldığı yeməkxanada “jurnalistlər və diplomatlar qəlyanaltı edirlər”.
“O, İran, Ukrayna və Çin də daxil olmaqla dünyanın müxtəlif ölkələrinin bayraqları ilə yanaşı nümayiş etdirilir”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ