Ukrayna prezidenti Vladimir Zelenski sabah, martın 6-da Avropa İttifaqının sammitində iştirak edəcək. Tədbir Brüsseldə baş tutacaq.
Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.
Sammit ərəfəsində adı açıqlanmayan Aİ rəsmisi deyib: “Prezident Zelenski sammitdə şəxsən iştirak edəcək”.
Görüş zamanı Aİ ölkələrinin liderlərinin blokun Ukraynaya dəstəyini təsdiqləyəcəyi gözlənilir.
Aİ-nin 27 lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçən həftə mübahisə iki ölkə arasında münasibətləri pisləşdirdikdən sonra ilk dəfə görüşəcək.
QAZİLER.AZ