Rusiyanın Qaraçay-Çərkəz Respublikasında Qaraçayevsk şəhərinin kənarında yanacaq daşıyan maşın və yanacaqdoldurma məntəqəsi artıq söndürülüb.
Qaziler.az bildirir ki, bu barədə martın 5-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Şəhərdən çıxarkən yanacaq daşıyan maşının kabinəsi və yanacaqdoldurma məntəqəsi yanıb. Yanğın 200 kv.m.-i əhatə edib. Yanğın 12 mütəxəssis və 5 texnika tərəfindən söndürülüb", - deyə idarənin Telegram kanalında bildirilib.
Nazirlik heç kimin xəsarət almadığını bildirib.
İdarənin yaydığı kadrlardan görünür ki, yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib.
QAZİLER.AZ