Rusiya prezidenti haqqında filmin rejissoru 48 yaşında vəfat edib

Rusiya prezidenti haqqında filmin rejissoru 48 yaşında vəfat edib backend

“Prezidentin məzuniyyəti” komediyasının rejissoru İlya Şerstobitov 48 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, rejissor tez-tez aritmiyadan və şiddətli yorğunluqdan şikayətlənib, təzyiqi aşağı olub. Məlumata görə, o, cümə günü yeni serialının çəkilişindən evə qayıdıb və xəstələnib. Təcili yardım maşını  Şerstobitovu Moskva klinikalarından birinə yerləşdirib, lakin həkimlər onu xilas edə bilməyiblər.

“Prezidentin məzuniyyəti” filminə çəkilməklə yanaşı, o, prodüser işi ilə də tanınırdı: “Səni xatırlayarkən” və “Yaradılış tacı” serialları. 

QAZİLER.AZ

Diaspora