Tümen vilayətində baş verən kütləvi qəzada 6 nəfər xəsarət alıb

Tümen vilayətində baş verən kütləvi qəzada 6 nəfər xəsarət alıb backend

Rusiyanın Tümen vilayətində, Şadrinsk-Yalutorovsk avtomobil yolunda iki minik avtomobili və yük maşını toqquşub, nəticədə 6 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti martın 5-də Telegram kanalında məlumat yayıb.

“Suzuki sürücüsü təhlükəsiz məsafəni qoruya bilməyib və avtomobil “Lada”ya çırpılıb. Zərbənin təsirindən “Lada” qarşıdan gələn zolağa çıxaraq yük maşını ilə toqquşub. Yük maşını xəndəyə atılıb”, - deyə məlumatda bildirilir.

İlkin məlumata görə, qəza nəticəsində iki azyaşlı - 14 yaşlı qız və dörd aylıq uşaq, həmçinin onun 25 yaşlı anası olmaqla 6 nəfər xəsarət alıb.

“Suzuki”nin sürücüsü və yük maşınında olan iki nəfər, bir sürücü və bir sərnişin də yaralanıb”, - idarədən əlavə ediblər.

Yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmadığı vurğulanır.

QAZİLER.AZ

Diaspora