Korrupsiyaya qarşı mübarizənin tempini azaltmaq olmaz, çünki bu, Rusiya iqtisadiyyatının inkişafına mane olur.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin Rusiya Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, dövlət müdafiə sifarişlərinin və milli layihələrin icrası zamanı büdcə vəsaitlərinin mənimsənilməsi cəhdlərinə ciddi diqqət yetirilməlidir.
“Korrupsiyanın hər hansı təzahürlərinə qarşı mübarizənin tempini aşağı salmamalıyıq. Dövlət müdafiə sifarişlərinin, milli layihələrin və digər proqramlarımızın icrası zamanı büdcə vəsaitlərinin oğurlanması cəhdlərinin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir”, - Putin vurğulayıb.
QAZİLER.AZ