Putin Abxaziyanın yeni seçilmiş prezidenti ilə görüşəcək

Putin Abxaziyanın yeni seçilmiş prezidenti ilə görüşəcək backend

Rusiya prezidenti Vladimir Putin Abxaziyanın yeni seçilmiş lideri Badra Qunba ilə görüşəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, martın 5-də Kremlin divarları arasında baş tutacaq.

“Günün ikinci yarısında Kremldə Abxaziyanın seçilmiş prezidenti Qunba ilə görüş keçiriləcək”, - Peskov deyib.

Daha əvvəl Putin Qunbanı Abxaziya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

QAZİLER.AZ

Diaspora