Çeçenistan Respublikasının hakimiyyəti güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyevin vəfatı ilə əlaqədar üç günlük matəm elan edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, müvafiq sərəncamı ölkə başçısı Ramzan Kadırov imzalayıb.
Matəm martın 3-dən 5-dək davam edəcək. Bu günlərdə bütün regionda Rusiya Federasiyası və Çeçenistan Respublikasının dövlət bayraqları endiriləcək.
Saytiyevi keçəni təmizləyən işçi evinin yanında ağır vəziyyətdə tapıb. O, yerdə uzanan bir adam görüb və dərhal təcili yardım çağırıb. Zərərçəkənin gözlə görünən hər hansı xəsarəti olmayıb. Üçqat olimpiya çempionu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Saytiyev tarixdə ən çox medal qazanan sərbəst güləşçilərdən biridir. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançının hesabında 1996, 2004 və 2008-ci illərdə üç Olimpiya qızıl medalı var. Çeçen əsilli Rusiya güləşçisi həmçinin altı dəfə dünya və 6 dəfə Avropa çempionu olub.
QAZİLER.AZ