Bu məktub başına bəla oldu - Məşhur iş adamı saxlanıldı

Bu məktub başına bəla oldu - Məşhur iş adamı saxlanıldı backend

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksal saxlanılıb.

QAZİLER.AZ  Publika.a-a istinadən bildirir ki, buna şirkətdaxili yazışmalar səbəb olub.

Məlumata görə, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubu ünvanlanmasından narazı qalıb. O, Ergünün e-mail adresinə sərt cavab göndərib. Cem şirkətin 70 illik tarixində heç vaxt Ramazan ayını qeyd etmədiklərini xatırladıb.

Baş verənlər ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb. Onun barəsində "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" maddəsi ilə istintaq başlanılıb.

Köksalın vəzifəsindən istefa verdiyi bildirilir.

Qeyd edək ki, o, həmçinin "Togg" şirkətinin idarə heyətinin üzvüdür.

Diaspora