İstanbulun tarixi abidələrindən olan Kariye məscidində 80 ildən sonra ilk təravih namazı qılınıb

İstanbulun tarixi abidələrindən olan Kariye məscidində 80 ildən sonra ilk təravih namazı qılınıb backend

Ayasofya ilə eyni dövrdə muzeyə çevrilən və dünyanın ən məşhur tikililərindən biri olan Kariye Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yenidən məscid statusu qazanıb. Bərpa-yenidənqurma işlərindən sonra ötən ilin may ayında ibadətə açılan məsciddə 80 il aradan sonra ilk təravih namazı qılınıb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Kariye məscidinin tarixi VI əsrə qədər gedib çıxır. Sultan II Bəyazid dövründə sədriəzəm Atik Əli Paşa tərəfindən məscidə çevrilən tikili Osmanlı dövründə və daha sonra, XX əsrin ikinci yarısında restavrasiya edilib.

Bizans İmperiyası dövründə kilsə kimi istifadə olunan abidənin ətrafında monastır kompleksi də mövcud olub, lakin bu tikililər zamanın təsirinə tab gətirə bilməyib. Bu unikal abidə, 1945-ci ildə muzeyə çevrilib.

Diaspora