Şimal-qərb bölgələrində qarın hündürlüyü 1 m-ə çatıb, hərəkət çətinləşib

Şimal-qərb bölgələrində qarın hündürlüyü 1 m-ə çatıb, hərəkət çətinləşib backend

Şimal-qərbdə qarlı və şaxtalı hava davam edir

Şimal-qərb bölgəsində qarlı-şaxtalı hava davam edir, bəzi ərazilərdə qarın hündürlüyü 1 m-ə çatıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, fevral ayının 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir.

Qarın hündürlüyü bəzi yerlərdə 1 metrə çatıb

Fevralın 28-i axşam saatlarından başlayaraq bölgəyə qarın yağması intensivləşib. Bəzi yaşayış kəndlərində qarın hündürlüyü 1 metrə çatıb.

Oğuz rayonunda intensiv qar yağır

Oğuz rayonu Fifilli kəndindən aldığımız məlumata əsasən, ötən gün axşamdan başlayaraq qarın yağması intensivləşib, gecə ərazində 40 sm hündürlüyündə qar yağıb. Əvvəlki günlərdə yağan qarla birlikdə hazırda kənddə qarın hündürlüyü 1 metrə çatıb, bəzi hissələrində isə 1 metri keçib. Kənddaxili yollarda gediş-gəliş çətinləşib.

Qax rayonunun dağ kəndlərində qarın vəziyyəti

Bölgənin Qax rayonunda bir-neçə yaşayış məntəqəsində qarın yağması intensivləşib. Qaxın Qaşqaçay, Sarıbaş və İlisu kəndlərind qarın hündürlüyü 80 sm təşkil edir. Hazırda bölgəyə qarın yağması davam edir.

Diaspora