Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dekabrın 25-də səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer E190” təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, Kadırov özünün “Telegram” kanalında stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimlinin cəsarət və peşəkarlıq nümayiş etdirdiyini qeyd edib.
“Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəqimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına layiq görülüblər. Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 25-i 2024-cü ildə AZAL-ın qəzaya uğrayan təyyarəsi Bakıdan Qroznıya uçub. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə zamanı 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Ölənlərin 23-ü Azərbaycan vətəndaşı olub.
QAZİLER.AZ