Ukrayna hərbçiləri Kupyansk istiqamətində Rusiyanın silah-sursat anbarını məhv edib - VİDEO

Ukrayna hərbçiləri Kupyansk istiqamətində Rusiyanın silah-sursat anbarını məhv edib - VİDEO backend

Rusiyalılar Kupyansk istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin mövqeləri yaxınlığında sursat anbarı yaradıblar. Lakin Ukrayna pilotsuz təyyarələri onu taparaq məhv ediblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Xortitsa” əməliyyat-strateji qüvvələrin qrupunun Telegram kanalına istinadən məlumat yayıb.

Verilən məlumata görə, rusiyalı işğalçılar gizli sursat anbarı yaradıb və onu sursatla doldurublar. Lakin uzun müddət gizlədə bilməyiblər - Ukraynanın motoatıcı batalyonun əsgərləri pilotsuz təyyarənin köməyi ilə düşmənin mövqeyini aşkar ediblər.

"FPV pilotsuz uçan aparatının dəqiq zərbəsi ilə məharətlə aparılmış "təftiş" sayəsində pilotlarımız işğalçıların silah-sursat anbarını məhv ediblər. Dəqiq zərbə nəticəsində gözəl, uzun və iri partlayışlar olub", - deyə qoşun qrupu bildirib.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü mexanikləşdirilmiş briqada Ukrayna pilotsuz təyyarələrinin operatorlarının məharətli əməyini nümayiş etdirib.

QAZİLER.AZ

 

Diaspora