Terror təşkilatı PKK/KCK-nın qondarma gənclik strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən 19 şübhəli saxlanılıb.
İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən terror təşkilatı PKK/KCK-ya qarşı aparılan istintaqda təşkilatın sözdə siyasi gənclik strukturunda fəaliyyət göstərən 19 şübhəli müəyyən edilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Fevralın 10-15-də Beyoğlu, Bahçelievler və Sultanbəylidə pankart asdıqları və qanunsuz nümayişlər keçirdikləri müəyyən edilən şübhəlilər haqqında prokurorluq həbs qərarı çıxarıb.
Hərəkətə keçən təhlükəsizlik qüvvələri İstanbulun 12 rayonunda, həmçinin Ankara, Qars, Afyonkarahisar və Kırklarelidəki ünvanlarda əməliyyat keçirib. Əməliyyatda bütün şübhəlilər yaxalanıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı qadağan olunmuş nəşrlər, təşkilati sənədlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
QAZİLER.AZ