Batumi hava limanında uçuşlar bərpa edilib - "TAV Georgia"

Batumi hava limanında uçuşlar bərpa edilib -  "TAV Georgia" backend

Batumi Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib. Təl-Əvivə ilk reys artıq hava limanından qalxıb. Fevralın 26-na daha 12 beynəlxalq reys planlaşdırılır.

Qaziler.az bildirir ki, bu barədə “TAV Georgia” xəbər verir.

Güclü yağıntılar səbəbindən Kutaisi Beynəlxalq Hava Limanında da çətinliklər daha əvvəl yaranmışdı. Əbu-Dabi-Kutaisi reysi “Gürcüstanın qərbində güclü qar yağması və pis hava şəraiti, eləcə də görmə qabiliyyətinin pis olması səbəbindən” Tbilisi Beynəlxalq Hava Limanına yönləndirilib”, - deyə aeroport rəhbərliyi bildirib.

“Boş təyyarə Kutaisi hava limanına enib və fevralın 26-da saat 18:00-da (Əbu-Dabiyə) uçacaq. Bu reysin bütün sərnişinləri mehmanxanada yerləşdiriləcək”, - deyə “Facebook”da yerləşdirilən məlumatda bildirilir.

 

Qərbi Gürcüstanda qar bir həftəyə yaxındır davam edir. Xüsusən də bir çox kəndin xarici dünya ilə əlaqəsi kəsilmiş Quriya və Acarıstan bölgələrində vəziyyət ağırdır. Ölənlər var, evlərə ziyan dəyib.

QAZİLER.AZ

Diaspora