"Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Orlovka və Poqrebki yaşayış məntəqələrini azad edib".
Qaziler.az bildirir ki, bu barədə fevralın 26-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hücum əməliyyatları zamanı Şimal hərbi qrupunun bölmələri Orlovka və Poqrebki yaşayış məntəqələrini azad edib", - idarənin bəyanatında deyilir.
Bundan əlavə, Rusiya ordusu Qoqolevka, Quevo, Zaoleşenka, Kubatkin, Kurilovka, Lebedevka, Maxnovka, Mirnı, Nikolski, Novaya Sorochina, Oleşnya, Rubanşina, Yujnı və Sudja yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini darmadağın edib. Düşmənin üç əks hücumu da dəf edilib.
Rusiya Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində Ukrayna ordusu bu istiqamətdə bir gündə 270-dən çox hərbçisini itirib.
QAZİLER.AZ