Xarkov vilayətində Ukrayna sərhədçiləri rus qoşunlarına uğurla müqavimət göstərməkdə davam edir. FPV dronlarla düşmənin nəqliyyat vasitələrini məhv edib, mövqelərini vurublar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Xortitsa” əməliyyat-strateji qüvvələrin qrupunun Telegram kanalına istinadən məlumat yayıb.
Müdafiə Qüvvələrinə daxil olan Ukrayna Dövlət Sərhəd Xidmətinin hava-kəşfiyyat təyyarələri Rusiya işğalçı qüvvələrinə qarşı mübarizə çərçivəsində Xarkov vilayətində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.
Bu günlərdə Xarkov sərhədçiləri FPV pilotsuz uçan aparatlarının köməyi ilə düşmənin iki texnikasını sıradan çıxararaq düşmənin üç mövqeyini vurub və düşmən qüvvələrinə xeyli itki veriblər.
QAZİLER.AZ