Gürcüstanın paytaxtının müxtəlif nöqtələrindən yola çıxan bir neçə etiraz yürüşü Tbilisidəki Qəhrəmanlar Meydanında bir araya gəlib. Kostava və Varazişxevi küçələrində avtomobillərin hərəkəti kəsilib.
Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, yürüş iştirakçıları eyni vaxtda Gürcüstan və Avropa İttifaqının himnləri fonunda birləşiblər.
Sovet işğalının 104-cü ildönümü ilə əlaqədar onlar Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısında qəhrəmanların xatirəsini yad edəcək, bundan sonra onlar yürüşlə Rustaveli prospektində Gürcüstan parlamentinin binasına doğru hərəkət edəcəklər və burada aksiya “Rusiya işğalına yox” şüarı ilə davam edəcək.
Tədbirdə Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin çıxışı planlaşdırılır.
QAZİLER.AZ