USQ Belqorod vilayətində bir neçə yaşayış məntəqəsinə dronlarla hücum edib

USQ Belqorod vilayətində bir neçə yaşayış məntəqəsinə dronlarla hücum edib backend

Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətinin Volokonovski rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Qaziler.az bildirir ki, bu barədə fevralın 25-də vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

"Tişanka kəndində mərmi və FPV pilotsuz təyyarəsinin hücumu nəticəsində bir fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad, yardımçı tikililər və elektrik xətti zədələnib", - Qladkov Teleqram kanalında yazıb.

O qeyd edib ki, Borisovka kəndində də elektrik xətti zədələnib.

QAZİLER.AZ

Diaspora