Abxaziyada prezident seçkiləri ilə əlaqədar Rusiya sərhədində nəzarət gücləndiriləcək

Abxaziyada prezident seçkiləri ilə əlaqədar Rusiya sərhədində nəzarət gücləndiriləcək backend

Abxaziya prezidenti səlahiyyətlərini icra edən Valeri Bqanba Rusiya ilə sərhədi keçən vətəndaşlara nəzarətin gücləndirilməsi barədə göstəriş verib.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Məlumata görə, bu, seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.

 Məlumatda bildirilir ki, prezident Valeri Bqanba Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə prezident seçkilərinin təhlükəsizliyini təmin etmək məqsədilə fevralın 27-dən martın 1-dək İnqur çayı boyunca və "Psou" keçid məntəqəsində dövlət sərhədindən keçən vətəndaşlara nəzarəti gücləndirməyi tapşırıb.

QAZİLER.AZ

Diaspora