Litvada üçüncü həmrəylik aksiyası “Radarom!” başa çatıb Ukrayna üçün pilotsuz təyyarələrin alınması üçün 5 milyon avrodan çox vəsait toplanıb.
Qaziler.az bildirir ki, bu barədə LRT xəbər verir.
Qeyd edildiyi kimi, aksiya fevralın 24-də başa çatıb.
Bu kampaniya Litva vətəndaşlarından və müəssisələrindən 5 milyon 614 min avro toplayıb. Lakin bu, hələlik yekun məbləğ deyil, çünki bütün korporativ ianələr qəbul edildikdən sonra ona düzəliş ediləcək.
Toplanan vəsait Litva və Ukraynada istehsal olunan pilotsuz təyyarələrin və əks-dron avadanlıqlarının alınmasına sərf olunacaq.
Bundan əlavə, Litva şirkətləri və təşkilatları da kampaniyaya fəal qoşularaq, toplanan ümumi məbləğin demək olar ki, üçdə birini ianə ediblər.
Əvvəlki iki kampaniya zamanı şirkətlər və ölkə sakinləri ümumilikdə 22,8 milyon avro ianə veriblər. Bu pulla 17 radar, 69 pilotsuz uçuş aparatı, mobil radarlar üçün 4 xüsusi maşın, hərbçilər üçün 1141 təhlükəsizlik dəsti alınıb.
QAZİLER.AZ