Rusiyanın xalq artisti Şimali Osetiyada vəfat edib

Rusiyanın xalq artisti Şimali Osetiyada vəfat edib backend

RSFSR-in xalq artisti Valeriya Xuqayeva Şimali Osetiyada vəfat edib. Aktrisa 98 yaşında dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə news.ru/ xəbər verir.

"Valeriya Vyaçeslavovna teatr və kinoda çoxlu unudulmaz rollar oynayıb. 60-cı illərdə onun Fatimə ifası bütün Sovet İttifaqında tamaşaçıları valeh etdi. O, milli mədəniyyətin əsl ulduzu idi. Ailəsinə və dostlarına başsağlığı verirəm", - Menyailo yazıb.

Valeriya Xuqayeva 1927-ci il noyabrın 2-də Pyatiqorskda anadan olub. 1947-ci ildə Lunaçarski adına Teatr Sənəti İnstitutuna daxil olub, 1951-ci ildə isə Orconikidze (Vladiqafqaz) şəhərindəki Rus Teatrına qəbul olunub. O, teatr fəaliyyəti ilə yanaşı, “Kubaçi qolbağının tapmacası” filmində də Səidənin anasını canlandırıb.

QAZİLER.AZ

Diaspora