Kanada Poznerə qarşı sanksiyalar tətbiq edir

Kanada Poznerə qarşı sanksiyalar tətbiq edir backend

Kanada jurnalist Vladimir Poznerə qarşı sanksiyalar tətbiq edib

Kanada rusiyalı jurnalist və teleaparıcı Vladimir Poznerə qarşı sanksiyalar tətbiq edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında məlumat verilir.

Sanksiya siyahısına Rusiya Xizək Yarışları Federasiyasının prezidenti Yelena Vyalbe, Primorsk diyarının qubernatoru Oleq Kojemyako, Rusiya Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilyev və başqaları da daxildir.

Bundan əvvəl, fevralın 24-də Avropa İttifaqının (Aİ) komediya aktyoru Mixail Qalustyan və teleaparıcı Yuliya Baranovskayaya qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. Aİ-nin saytında dərc olunan sənəddə onların “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən və təhdid edən hərəkətləri dəstəklədikləri” bildirilir.

QAZİLER.AZ

Diaspora