Bu gün, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından üç il sonra, Gürcüstan və gürcü xalqı Ukraynanın yanındadır.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bu barədə bəyanatı Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yayıb.
Zurabişvili bildirib ki, sülh ədalətli olmalıdır, çünki əks halda daimi sülh olmayacaq.
Onun sözlərinə görə, “sülhə nail olmaq Ukrayna ilə birlikdə, ukraynalıların və öz azadlığı və gələcəyindən narahat olan avropalıların iştirakı ilə baş verməlidir”.
“Bu mühüm məqamda Gürcüstan sizin yanınızdadır. Gürcüstan sizə bütün Avropa üçün davam edəcək sülh arzulayır. Eyni mübarizədə olduğumuzu bilirik. Bizə qarşı müharibə hibrid xarakter daşıyır, lakin bu, hələ də müharibədir və biz hamı kimi, azad və müstəqil Avropada ədalətli və davamlı sülhə layiqik”, - Zurabişvili qeyd edib.
QAZİLER.AZ