Macarıstanın təhlükəsizliyi Ukraynanın taleyindən asılıdır - Orban

Macarıstanın təhlükəsizliyi Ukraynanın taleyindən asılıdır - Orban backend

Ukrayna NATO üzvü olmayacaq və Şimali Atlantika Alyansı ilə Rusiya arasında bufer zona olaraq qalacaq,

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Macarıstanın baş naziri Viktor Orban bu barədə milli parlamentin yaz sessiyasının açılışında bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-da respublikaçı Donald Trampın hakimiyyətə qayıdışından sonra özünü büruzə verib. O əlavə edib ki, Ukraynanın və onun qalan ərazisinin taleyi Macarıstanın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.

"ABŞ-da keçirilən seçkilərdən sonra Ukraynanın NATO-ya üzv olmayacağına qərar verilib. Macarıstanın təhlükəsizliyi üçün Ukraynanın taleyi necə olacaq və ondan qalan ərazilərin taleyi necə olacaq. Bu məsələ atəşkəs və sülh danışıqları yolu ilə həll olunacaq", - Orban deyib.

O, həmçinin qeyd edib ki, sülh müqaviləsi həm Macarıstanın, həm də NATO-ya üzv ölkələrin təhlükəsizliyini təmin etməli, eyni zamanda yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu düzgün həll edilməlidir. Hökumət başçısı əlavə edib ki, görünür, bunu nəinki avropalılar, hətta bəlkə də ilk növbədə onlar həll edəcəklər.

QAZİLER.AZ

Diaspora