Astanada avtobus dirəyə çırpılıb: 15 nəfər xəsarət alıb

Astanada avtobus dirəyə çırpılıb: 15 nəfər xəsarət alıb backend

Qazaxıstanın paytaxtının səhiyyə idarəsi zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Qaziler.az bildirir ki, bu barədə "kazinform" xəbər verir.

"70 saylı avtobusun dirəyə çırpılması nəticəsində sürücü də daxil olmaqla 15 nəfər xəsarət alıb. Xilasedicilər gəldikdən sonra müəyyən edilib ki, sürücü sıxılmış vəziyyətdə qalıb və özü sükan arxasından çıxa bilməyib. Xilasedicilər sürücünü xilas etmək üçün hidravlik alətlərdən istifadə ediblər", - məlumatda deyilir.

Hadisə yerində operativ şəkildə təcili tibbi yardım briqadaları çalışıb və bütün zərərçəkənləri 1 saylı Multiinsiplinar Şəhər Xəstəxanasına çatdırıblar.

Hazırda xəstələr  müayinə olunurlar. Zərərçəkənlər arasında uşaq və hamilə qadınların olmadığı qeyd edilir.

Xəbər verdiyimiz kimi, bu gün Baraeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt polis idarəsindən verilən məlumata görə, hadisə baş verən zaman avtobusda 25-ə yaxın sərnişin olub. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

QAZİLER.AZ

Diaspora