ABŞ və Qərb Polşanı və Baltikyanı ölkələrini Moskva və Minskə qarşı daha aqressiv addımlar atmağa fəal şəkildə sövq edir.
Qaziler.az bildirir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Vətən Müdafiəçiləri və ölkənin Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı deyib.
"Onun sözlərinə görə, bu, sərhədyanı ərazilərdə hərbi mövcudluğun gücləndirilməsində, eləcə də onların fəal hərbiləşdirilməsində özünü göstərir", - BELTA yazır.
BXrenin sözlərinə görə, bu dövlətlərdən Belarus və Rusiya İttifaq Dövlətinə qarşı proksi müharibədə istifadə etmək üçün şərait yaradılır
Nazir həmçinin Şərqi Avropada gərginliyin artmasını NATO-ya üzv ölkələrin hərbiləşdirilməsinin sürətləndirilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələr öz ordularının döyüş potensialını fəal şəkildə artırırlar.
"Qeyd edək ki, ötən il Polşa ilk dəfə olaraq silah idxalında dünya lideri olub", - Xrenin bildirib.
QAZİLER.AZ