Odessada hərbi prokurora qarşı terror aktını törədən şəxs saxlanılıb

Odessada hərbi prokurora qarşı terror aktını törədən şəxs saxlanılıb backend

Odessada hərbi prokurora qarşı terror aktını törədən şəxs saxlanılıb. Fevralın 20-də şəhərdə 3 avtomobilə ziyan vuran partlayış baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

“Təhlükəsizlik Xidməti və Milli Polis bu il fevralın 20-də Odessanın mərkəzində terror aktı hazırlayan “izdə qaynayan” FSB agentini saxlayıb”, - məlumatda deyilir.

Daha sonra düşmən Cənub Bölgəsinin Müdafiə Sahəsi üzrə İxtisaslaşdırılmış Prokurorluğunun prokurorunun avtomobilini partladıb. Partlayış nəticəsində yoldan keçən bir nəfər yaralanıb.

Həmin gün axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktını törədən şəxsi saxlayıblar. Onun 18 yaşlı Odessa sakini olduğu üzə çıxıb. 

QAZİLER.AZ

Diaspora