Polis Gürcüstanın Fransadakı keçmiş səfiri Eka Siradzeni fevralın 16-da Tbilisidə keçirilən etiraz aksiyası zamanı yolu qanunsuz olaraq bağlamaqda ittiham edərək, 5 min lari cərimələyib.
Qaziler.az bildirir ki, Siradze qəbzi bu gün alıb.
Azad Avropa/Azadlıq Radiosunun Gürcüstan xidmətinə açıqlamasında keçmiş diplomat bildirib ki, o, mitinqə qoşulan zaman artıq Rustaveli prospektində yolun hərəkəti etirazçılar tərəfindən bağlanıb.
“Mənə dedilər ki, yəqin ki, fotodan müəyyən edilib... Məncə, bu, cəza tədbiridir – tabe olmayan hər kəsi cəzalandırırlar”, – o deyib.
Siradze cərimədən apellyasiya şikayəti verib.
Artıq üç aya yaxındır ki, Gürcüstanda etirazlar müntəzəm olaraq davam edir. Genişmiqyaslı etirazlar 2024-cü il noyabrın 28-də “Gürcü Arzusu” hökumətinin Aİ-yə üzvlük danışıqlarını dondurmaq qərarından sonra kortəbii şəkildə başlayıb.
QAZİLER.AZ