Xersonda çoxmərtəbəli binanın atəşə tutulmasından sonra ölənlərin sayı artıb.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, Xersonda çoxmərtəbəli binanın dağıntıları altından qadının cəsədi tapılıb. Bu, fevralın 19-da yaralanan əkizlərin anasıdır.
Bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin Teleqramda məlumat yayıb.
“Demək olar ki, bir günlük işdən sonra xilasedicilər Rusiyanın Xersondakı hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində itkin düşən sonuncu şəxsin cəsədini tapmağa nail olublar"
Prokudinin sözlərinə görə, bu, düşmənin hücumu zamanı yaralanan əkizlərin anasıdır.
"Hazırda Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları qadının meyitini çıxarmağa çalışırlar. Öldürülən qadının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə hərbi administrasiya rəhbəri əlavə edib.
QAZİLER.AZ