Tbilisidə Ukrayna ilə həmrəylik aksiyası keçiriləcək

Tbilisidə Ukrayna ilə həmrəylik aksiyası keçiriləcək backend

Rusiyanın ölkəyə genişmiqyaslı işğalının başlamasının üçüncü ildönümündə Tbilisidə Ukrayna ilə həmrəylik aksiyası keçiriləcək.

Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, nümayişçilər fevralın 24-də saat 19:00-da Ukraynanın Gürcüstan paytaxtında səfirliyi qarşısına toplaşaraq, “azadlığı uğrunda döyüşən qəhrəman xalqın və bu müharibədə həlak olan gürcü əsgərlərinin” xatirəsini yad edəcəklər.

Daha sonra aksiya iştirakçıları Rustaveli prospektində Ukraynaya dəstək yürüşü keçirəcəklər.

“2022-ci il fevralın 24-də Rusiya Federasiyasının silahlı qüvvələri genişmiqyaslı müharibəyə başlayaraq Ukrayna ərazisini işğal etdi. Bütün dünya Kiyevin üç gün ərzində yıxılacağını gözləyirdi, amma üç il keçsə də, hələ də ayaq üstə durur.

Bu müharibənin nəticəsindən təkcə Avropanın taleyi deyil, həm də Gürcüstanın təhlükəsizliyi asılı olacaq. Ukrayna öz müstəqilliyi üçün mübarizə aparır və Putinin növbəti hədəflərinə qarşı qalxan rolunu oynayır - Gürcüstan birincilərdən biri olacaq.

Müharibə başlayandan gürcü ictimaiyyəti həm Putinin dəhşətli hərəkətlərinə, həm də Gürcüstan hökumətinin Ukraynadakı müharibəyə reaksiyasına etiraz olaraq küçələrə çıxıb.

Biz bu müharibənin əhəmiyyətinin sönməsinə imkan verməməliyik”, - deyə aksiyanın elanında bildirilir.

QAZİLER.AZ

Diaspora