Rusiya ilə hər hansı danışıqlardan əvvəl Ukrayna aydın təhlükəsizlik zəmanəti almalıdır. Rusiya diktatoru Vladimir Putinin bir daha hamını aldatmasına imkan verilməməlidir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
Ukrayna dövlətinin başçısının sözlərinə görə, o, NATO-nun baş katibi Mark Rutte ilə yaxşı və mənalı söhbət edib. Xüsusilə, Ukrayna prezidenti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Ankaranın təhlükəsizlik təminatının təmin edilməsində rolu məsələsi qaldırılıb.
“Bu prosesdə Ukraynanın ölkələrin geniş təmsilçiliyinə ehtiyacı var: Avropa, o cümlədən Böyük Britaniya, Türkiyə və ABŞ”, – Zelenski qeyd edib.
NATO-nun baş katibi də öz növbəsində ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü barədə məlumat verib. Onun mühüm mesajları Ukraynanın sadəcə müvəqqəti atəşkəs deyil, zəmanətli sülhə nail olmaq məqsədi ilə üst-üstə düşür. Rusiyanın genişmiqyaslı işğalını təkrar etməyəcəyinə əmin olmaq lazımdır.
Eyni zamanda, Zelenski və Rutte tərəfdaşlarla gələcək təmasları müzakirə edib və gələcək addımları əlaqələndiriblər.
QAZİLER.AZ