Qazaxıstanda yeniyetməni qaçıraraq 5 milyon tələb etdilər - VİDEO

Qazaxıstanda yeniyetməni qaçıraraq 5 milyon tələb etdilər - VİDEO backend

Qazaxıstanda hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslər pulu köçürən zaman saxlanılıblar.

Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyinin müxbiri xəbər verir.

Almatı vilayətinin Balxaş rayonunun Miyalı kəndinin 42 yaşlı sakini polisə müraciət edib. O, bildirib ki, fevralın 8-də saat 15:00 radələrində rayonun Qızıl-Kayrat kəndində naməlum şəxslər azyaşlı oğlunu zorla “Hyundai Elantra” markalı avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.

Qadının sözlərinə görə, hücum edənlər yeniyetməni fiziki zorakılıqla hədələyərək 5 milyon təngə tələb ediblər.

"Faktla bağlı “hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər zərərçəkmişi şəxsi videonu internetdə yayacaqları ilə hədələyərək şantaj ediblər", - Almatı vilayətinin Polis İdarəsi bildirib.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkarları tələb olunan məbləğin bir hissəsini - 500 min tengeni köçürərkən saxlayıblar.
Hazırda şübhəlilər müvəqqəti saxlama təcridxanasındadırlar, araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora