Rusiyanın Qaraçay-Çərkəz Respublikasında qar uçqunu nəticəsində ölən iki turistin meyiti tapılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Qaraçay-Çərkəzin Zelençuk rayonunda qar uçqunu altından sağ çıxan alpinist ölən iki turistin cəsədini tapıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib. Məlumatda bu dağlıq ərazilərdə qar uçqunu riskinin qaldığı da vurğulanır.
"Qaraçay-Çərkəzdə iki turistin meyiti tapılıb. Sağ qalan alpinist onları uçqun altından çıxarıb. Qaraçay-Çərkəz dağlarında uçqun təhlükəsi qalmaqdadır", - məlumatda deyilir.
QAZİLER,AZ