Atəşkəs müharibənin əslində bitdiyi anlamına gəlməyəcək - Podolyak

Atəşkəs müharibənin əslində bitdiyi anlamına gəlməyəcək -  Podolyak backend

Atəşkəs Ukraynada müharibənin həqiqətən bitdiyi anlamına gəlməyəcək. Rusiya Avropa ölkələrinə qarşı sürünən təcavüzünü davam etdirəcək.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak RBC-Ukrayna YouTube kanalına şərhində bildirib.

"Bəs bundan sonra nə? Atəşkəs - bu, müharibənin bitməsi deməkdirmi? O baxımdan çıxış etsək ki, insanlar reallığı bir az başa düşmürlər, müharibənin nə olduğunu, işğalçının kim olduğunu başa düşmürlər, bəli, siz müharibəni dayandırdınız, çıxıb dediniz ki,“bax, müharibəni dayandırdıq, hər şey əladır. Amma bu o deməkdir ki, müharibə əslində dayanmayıb”, - Podolyak bildirib.

Yəni, onun fikrincə, Rusiya sürünən aqressiyasını davam etdirəcək və onu Avropa ölkələrinə qarşı artıracaq.

 

QAZİLER.AZ

Diaspora