FTX İnquşetiyada terror təşkilatı İŞİD-in iki üzvünü saxlayıb - VİDEO

FTX İnquşetiyada terror təşkilatı İŞİD-in iki üzvünü saxlayıb - VİDEO backend

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşları İnquşetiyada "İslam Dövləti" terror təşkilatının (İŞİD) iki üzvünü saxlayıb.

Qaziler.az izvestiya-ya istinadən bildirir ki, bu barədə fevralın 19-da “İzvestiya”ya təhlükəsizlik güclərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, saxlanılan 25 yaşlı Əzəmət G. və 29 yaşlı Zurab D. xaricdə dini təhsil alırmış, orada radikal ideoloqların təsiri altına düşüblər.

Onların Rusiya Federasiyasına qayıtdıqdan sonra İŞİD-ə beyət etdikləri və onların əcnəbi idarəçilərinin şübhəli şəxslərdən terror fəaliyyətində istifadə etməyi planlaşdırdıqları bildirilir.

QAZİLER.AZ

 

Diaspora