Litva Ukraynaya 80 milyon avro dəyərində hərbi yardım paketi təqdim edib.
“Bu paket Ukraynanın ən təcili ehtiyaclarına cavab verir və Litvanın illik öhdəliklərinin demək olar ki, yarısını təşkil edir”, - departamentin saytında deyilir.
Qaziler.a-ın "İzvestiya"ya istinadən məlumatına görə, bildirilir ki, Vilnüs də artıq yük maşınları və termal kameraları Kiyevə təhvil verib, həmçinin hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, əks-dron avadanlıqları və sursatların tədarükü də planlaşdırılır. Bundan əlavə, Litva Ukraynanın özündə silah istehsalını maliyyələşdirəcək.
“Hərbi yardım beynəlxalq fondlar və kollektiv təşəbbüslər vasitəsilə də göstəriləcək və Ukrayna qoşunlarının təlimi və yaralı əsgərlərin reabilitasiyası davam etdiriləcək”, - Litva Müdafiə Nazirliyi əlavə edib.
QAZİLER.AZ